Türkiyə Azərbaycanla Ermənistanın birgə bəyanatını alqışlayıb

Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə bəyanatında elan edilmiş iki ölkə arasında bəzi konkret etimad quruculuğu addımlarının atılması qərarını alqışlayırlq.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Qeyd olunub ki, biz etimadı artıran əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını dəstəkləyirik.

“Arzu edirik ki, Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkil edəcək sülh sazişi ən qısa zamanda imzalansın”, – deyə vurğulanıb.

Əvvəlki məqalə

Putinin Rəisi ilə görüşü 5 saatdan çox çəkib

Sonrakı məqalə

ABŞ Dövlət Departamenti Ceyms O’Braynın Bakıya səfəri ilə bağlı məlumat yayıb