Türkiyə Dağlıq Qarabağda müstəqil müşahidə postu qurmağa qərar verib –

Moskvada danışıqlarda mühüm məqam açıqlandı
23 Noyabr 2020 - 18:35

Türkiyə Dağlıq Qarabağda öz sülhməramlı qüvvələrinin olduğu müstəqil hərbi müşahidə məntəqəsini qurmağı qərar verib.

Azpost.info bildirir ki, bu barədə Röyter Agentliyi məlumat yayıb. Məlumatda deyilir ki, Türkiyə bununla bağlı Moskva ilə müzakirələr aparır.

Hazırda birgə monitorinq missiyasının parametrləri ilə bağlı danışıqlar davam edir. Ankara Dağlıq Qarabağda özünün müstəqil müşahidə məntəqəsinin yaradılmasında israr edir: “Rusiya hesab edir ki, Türkiyənin regionda birgə Mərkəzdən kənar müşahidə məntəqəsi yaratması vacib deyil. Lakin bu Türkiyə üçün prinsipial məsələdir”-deyə Agentlik türk mənbəsinin sözlərini qeyd edib.

Moskvada danışıqlar davam edir və Türkiyə kompromis əldə ediləcəyinə əminliyi vurğulayıb.

11 noyabrda Rusiya və Türkiyə Dağlıq Qarabağda atəşkəsə nəzarət üçün birgə monitorinq mərkəzinin yaradılması ilə bağlı memorandum imzalayıb.

Bu baza Azərbaycan ərazisində fəaliyyət göstərəcək. Rus sülhməramlıları isə regionda 23 müşahidə postu qurublar.