Türkiyə hərbçiləri Azərbaycana gəldi –

Ağdamda atəşkəsə nəzarət Mərkəzi fəlaiyyətə başlayır
26 Dekabr 2020 - 15:00

Qarabağda atəşkəsə nəzarəti həyata keçirəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib.

Azpost.info bildirir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Türkiyəli generalın rəhbərliyk etdiyi qrup Ağdamda yerləşəcək Rusiya-Türkiyə Atəşkəsə Birgə Nəzarət Mərkəzində fəaliyyət göstərəcək.

Mərkəz yanvar ayının ilk həftəsindən fəaliyyətə başlayacaq.

Birnci mərhələdə 25 türk əsgəri Azərbaycana göndərilib. Gələn həftələrdə say artırılacaq və 60 nəfərə çatacaq.