Türkiyə ilk avtomobilini bu həftə satışa çıxarır

Türkiyənin ilk yerli avtomobili “Togg”un satışları bu həftə başlayır.

Bu barədə sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır bildirib.

Qeyd edək ki, “Togg”un seriya istehsalına oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. İlin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilə qədər 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

“Togg”un vergisiz qiymətinin maksimum 1 249 999 TL (112 121 AZN) olması gözlənilir.

Əvvəlki məqalə

Saakaşvilinin daxili orqanları fəaliyyətini dayandıra bilər

Sonrakı məqalə

Sabah hava necə olacaq?