Türkiyə-İran sərhədində olan zəlzələ Naxçıvanda hiss edilib

Türkiyə-İran sərhəddindəki zəlzələ Naxçıvanın bir neçə rayonlarında qeydə alınıb.

Bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

əlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Heydərabad stansiyasından 40 km cənub-qərbdə, Türkiyə-İran sərhəddində zəlzələ qeydə alınmışdır. Zəlzələ Naxçıvan MR-nın Sədərək, Şahbuz, Naxçıvan, Şərur rayonlarında 4-3 bala qədər hiss olunmuşdur.

Yerli vaxtla saat 18:58-də qeydə alınan zəlzələ yerin 10 kilometr dərinliyində olub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.