Bu ilin 29 yanvar tarixinə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,856 mlrd. ABŞ dolları artaraq 53,367 mlrd. dollara çatıb.
“Anadolu”nun verdiyi məlumata görə, bu barədə bankın açıqladığı həftəlik pul və bank statistikasında bildirilir.
Qeyd olunur ki, 22 yanvar tarixinə Mərkəzi Bankın ümumi ehtiyatları 50,511 mlrd. dollar səviyyəsində idi. Bununla yanaşı, bankın qızıl ehtiyatları 649 mln. dollar azalaraq 42,818 mlrd. dollardan 42,169 mlrd. dollara enib.
Türkiyə Mərkəzi Bankının ümumi qızıl-valyuta ehtiyatları əvvəlki həftəyə nisbətən 2,207 mlrd. dollar artaraq 93,329 mlrd. dollardan 95,536 mlrd. dollara yüksəlib.