Türkiyə Rusiyanın “Mir” ödəniş sisteminin bərpasından imtina edib

Türkiyə hakimiyyəti Rusiyanın “Mir” ödəniş sisteminin ölkədə işinin bərpasını müzakirə etmir.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin dövlət banklarından birindəki mənbə “RİA Novosti”yə bildirib.

“Bununla bağlı qərar hökumət səviyyəsində verilir, biz qərarı alırıq və öz növbəmizdə ona əməl edirik. Hazırda belə bir qərar yoxdur”, – mınbə deyib.

Onun sözlərinə görə, dövlət bankları Türkiyə ilə Rusiya arasında bank köçürmələrinə dair problemlərin həlli ilə bağlı hələ də heç bir göstəriş almayıb.

Daha əvvəl Ankaranın vitse-meri Əmrə Doğan Türkiyə hökumətinə Rusiya ödəniş sisteminin ölkədə fəaliyyətini bərpa etməyi təklif etmək istədiyini bildirib. Beş türk bankı “Mir” kartlarını qəbul edib, lakin ikinci dərəcəli sanksiyalar təhlükəsi səbəbindən onlara xidmət göstərməyi dayandırıblar.

2024-cü ilin fevralında ABŞ Maliyyə Nazirliyi Milli Ödəniş Kartı Sistemi olan “Mir” operatoruna qarşı sanksiyalar tətbiq edib. Bundan sonra bütün “dost” ölkələr Rusiya kartlarını qəbul etməyi dayandırıblar.

Azpost.info

Əvvəlki məqalə

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Sonrakı məqalə

Bağçada azyaşlıya kobud davrananlar işdən çıxarıldı