Türkiyə Müdafiə Nazirliyi Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyənin Milli Müdafiə Nazirliyi 17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.

Qardaş ölkənin Müdafiə Nazirliyi sosial şəbəkələrdəki paylaşımında Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının işığında Türkiyə və Azərbaycanın birliyinin sarsılmazlığını vurğulayıb.

Nazirlik qeyd edib ki, milli dirçəliş ruhu ilə dolu olan qardaş Azərbaycan vətəndaşları 36 il əvvəl müstəqillik ideyası ətrafında birləşərək eyni düşüncə və hisslərlə Qarabağın erməni işğalından azad edilməsinə nail olublar.

Paylaşımda vurğulanıb ki, Türkiyə ilə Azərbaycan həmişə birlikdə olub və bundan sonra da belə olacaq.

Əvvəlki məqalə

Gürcüstanda yeni parlamentinin ilk iclası noyabrın 25-də baş tutacaq

Sonrakı məqalə

İsrail prezidenti Bakıya səfərini nə üçün ləğv edib? –