Türkiyə ölkəyə gələnlərdən barmaq izi götürəcək

Türkiyə hakimiyyəti ölkəyə gələn hər kəsin barmaq izini götürmək barədə qərar verib.

Azpost.info bildirir ki, bu barədə “Sabah” nəşri ölkənin daxili işlər naziri Ali Yerlikayaya istinadla xəbər yayıb. Lakin bu qərarın hansı tarixdən etibarən tətbiq ediləcəyi açıqlanmayıb.

“Nazir bildirib ki, ABŞ və Böyük Britaniyada olduğu kimi, Türkiyəyə gələrkən də barmaq izi götürüləcək”, deyə nəşr yazıb.

DİN başçısının sözlərinə görə, bu yenilik ölkədə müvəqqəti qorunma statusu alanlara da şamil olunacaq. Onların şəxsiyyət vəsiqələri çiplərlə təchiz olunacaq. Yerlikaya iddia edir ki, bu gün Türkiyədə dörd milyon yarımdan çox mühacir qeydiyyatdadır. Onların üç milyondan çoxu Suriya vətəndaşıdır.

Əvvəlki məqalə

Rusiyanın Kursk vilayətində məcburi təxliyə elan edilib

Sonrakı məqalə

ABŞ qoşunlarının İraqdan çıxarılması müzakirə olunmur –