Türkiyədə İsrail kəşfiyyatına işləməkdə şübhəli bilinən 7 nəfər saxlanılıb

Türkiyə polisi İstanbul və İzmir şəhərinin yeddi sakinini İsrail kəşfiyyat xidmətlərinə işləmək şübhəsi ilə saxlayıb. 

Azpost.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, şübhəlilər aldıqları məlumatları şəxsi detektivlər vasitəsilə MOSSAD kəşfiyyat xidmətinə satıblar.

Son bir ay ərzində Türkiyədə İsrail kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən 34 nəfər saxlanılıb.

MİT saxlanılanların konkret şəxslər haqqında məlumat toplamaqda şübhəli bilindiyini bildrib. Ehtimal edilir ki, onlar xüsusi cihazlar vasitəsilə həmin şəxslərin hərəkətlərini izləyib, həmçinin foto və video çəkiblər.

Saxlanılan şəxslərin bəziləri İsrailin maraqları naminə xarici vətəndaşların oğurlanmasında da iştirak edə bilər. MOSSAD agentlərinin əsas hədəfi fələstinlilər olub.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.