Türkiyə Prezidentinin Azərbaycana səfəri başa çatdı

25 Fevral 2020 - 21:04

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfəri fevralın 25-də başa çatıb.

Prezident Rəcəb Tayyib Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.