Türkiyə Rusiyadan nefti alışını yarıya qədər azaldıb

Rusiya neftinin üçüncü ən böyük alıcısı olan Türkiyə İzmir yaxınlığında yerləşən STAR neft emalı zavodunun təmiri ilə əlaqədar Rusiyadan xam neft idxalını yarıya qədər azaldıb.

Azpost.info xəbər verir ki, bu barədə “Kpler” analitik şirkətinin məlumatında deyilir.

“Avqustda bu rəqəm 200 min barelə qədər azalıb. Yazın əvvəlin bu rəqəm gündə 400-450 min barel idi.

“Türkiyə bazarına tədarük edilən bütün Rusiya neftinin təxminən 45 faizini təşkil edən zavodda təmir işlərinə sentyabrın 5-dən başlanılıb. Bu, təxminən iki ay davam edəcək planlaşdırılan tədbirdir. Beləliklə, hasilatın dayandırılması ərəfəsində satınalmalar azalmağa başladı”, – “Kpler”in rəhbəri Viktor Katona bildirib.

Azpost.info

Əvvəlki məqalə

Putinin xüsusi nümayəndəsi Hikmət Hacıyevlə görüşüb

Sonrakı məqalə

Azərbaycanda “Xankəndi” futbol klubu yaradıldı