“Türkiyə tarixinin ən böyük sosial əmlak layihəsinə start veririk”- ƏRDOĞAN

Türkiyə hökuməti tərəfindən ölkə tarixinin ən böyük sosial əmlak layihəsinə start verilir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Burada əsas məqsədin ilk mərhələdə əmlakların maksimum iki il ərzində təhvil vermək olduğunu deyən Türkiyə Prezidenti müraciətlərin sabahdan etibarən başlayacağını bildirib.

Qeyd edilib ki, “İlk evim, ilk iş yerim” adlı layihənin hədəfi 2023-2028-ci illərdə bütün Türkiyə üzrə 500 min sosial ev, 250 min yaşayış sahəsi və 50 min iş yeri tikməkdir. Bu sosial əmlakların 50 mini İstanbulda, 18 mini Ankarada, 12 min 500-ü isə İzmirdə inşa ediləcək.

Əvvəlki məqalə

Prezident Britaniya səfirliyində olub

Sonrakı məqalə

Prezident İlham Əliyev ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşavirini qəbul edib