Türkiyə türkmən qazının Azərbaycan ərazisindən nəqli planını müzakirə edir

Türkiyə Türkmənistandan təbii qazın nəqlinin təşkili üçün müxtəlif variantları nəzərdən keçirir. Bura , o cümlədən İran ərazisindən keçməklə Azərbaycandan tranzit və Xəzər dənizinin dibi ilə boru kəməri ilə nəqli daxildir.

Azpost.info bildirir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Foreks”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara ən qısa zamanda 2 milyard kubmetr türkmən “mavi yanacaq” idxalını təşkil etməyə hazırdır. “Türkmən qazının gəlişi üçün ilk alternativ İran vasitəsilə mübadilədir. İkinci variant İran və Azərbaycan vasitəsilə svop, sonuncusu isə Xəzər dənizindən qazın boru kəməri ilə çatdırılmasıdır”, – deyə o, izah edib.

Türkiyənin enerji naziri qeyd edib ki, Xəzər dənizindən keçən boru kəməri marşrutu Türkmənistan qazının tədarükü üçün daha uzunmüddətli və dayanıqlı həll yoludur. Eyni zamanda, yanacaq idxalı üçün şərait yetişib və Ankara praktiki icra mərhələsindədir.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.