“Türkiyə və Rusiyanın Qarabağla bağlı qarşılıqlı əməkdaşlığı davam edir” –

HULUSİ AKAR
17 Noyabr 2020 - 17:58

Dağlıq Qarabağla bağlı Türkiyə və Rusiya hərbi nümayəndə heyətləri arasında Ankarada görüşlər keçirilib, qarşılıqlı əməkdaşlığımız davam edir.

 “Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

H. Akar Dağlıq Qarabağa dair bəyanatın imzalanmasından sonra Türkiyə və Rusiya Müdafiə Nazirlikləri arasında atəşkəsə nəzarət üzrə Birgə Mərkəzin yaradılması haqda memorandumun imzalandığını xatırladıb. “Bununla bağlı geniş bir texniki heyət Rusiyadan gəldi. Görüşlər keçirdik, qarşılıqlı əməkdaşlığımız davam edir”, – deyə türkiyəli nazir vurğulayıb.