“Türkiyə və Yunanıstan öz problemlərini üçüncü tərəflərin müdaxiləsinə ehtiyac olmadan sülh yolu ilə həll edəcək bilik, təcrübə və iradəyə sahibdir”.
Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Əməkdaşlığımızı bütün sahələrdə inkişaf etdirməyə çalışırıq. Sinopda tikiləcək atom elektrik stansiyamızın enerjisindən Yunanıstana da imkan yarada bilərik. Heç kimin haqqında gözümüz yoxdur, amma öz haqqımızı da çeynətmərik. Üstəlik, Şərqi Aralıq dənizində əhatəli, ədalətli paylaşım mümkündür”.
Ərdoğan Yunanıstan Baş nazirinə çağırışından da danışıb: “Mitsotakisə dedim ki, sizi Fələstinin tərəfində görmək istərdik, kaş ki, bitərəf qalanlar arasında olmasaydınız. Bizim vəzifəmiz sizə həqiqəti xatırlatmaqdır.”
Azpost.info