Türkiyə XİN Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

“Azərbaycanın Xızı rayonunda “Qaraheybət” poliqonunda təlim uçuşu zamanı hərbi helikopterin qəzaya uğramasını, qəzada şəhid və yaralıların olduğunu dərin kədərlə öyrəndik. Şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, – qeyd olunub.

Xatırladaq ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Prezident Pakistanın müdafiə istehsalatı nazirini qəbul edib

Sonrakı məqalə