Türkiyədə 4,3 bal gücündə zəlzələ olub

Türkiyənin Çanaqqala şəhərinfə zəlzələ olub.

Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Episentirdə 4,3 bal gücündə qeydə alınan zəlzələ Biga rayonunda baş verib.

Yeraltı təkanlar yerin 12,12 kilometr dərinliyində olub.

Sosial şəbəkələrdə yeraltı təkanların İstanbul, Balıkəsir və Bursada da hiss olunduğuna dair yazılar yayılıb.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.