Türkiyədə dövlət çevriliş cəhdində ABŞ yönümlü təriqətlər iştirak edir –"Aydınlık" qəzeti

Türkiyənin hüquq-mühafizə orqanları sıralarında ABŞ yönümlü təriqətlər hakimiyyətə qarşı mümkün sui-qəsddə iştirak edir.

Azpost.info bildirir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.

“Cinayət təşkilatında 2 nömrə (Bora Kaplan) olduğu iddiası ilə mühakimə olunan Serdar Sertçelik bu yaxınlarda bu işdə gizli şahid olduğunu açıqladı. Sertçelik bildirib ki, polis onu hakim partiyanın (Ak Parti) bəzi liderlərinin adını çəkməyə məcbur edib. Sertçelikin ifadələrindən sonra polis rəisləri saxlanılaraq işdən uzaqlaşdırılıb. Milli Kəşfiyyat Təşkilatı və təhlükəsizlik qüvvələri onların prezident Tayyib Ərdoğana qarşı sui-qəsd təşkil etdiyini müəyyən edib. Bu sui-qəsddə ABŞ yönümlü bəzi sektalar iştirak edir”, – nəşr yazır.

Qəzetin yazdığına görə, “Ankara Təhlükəsizlik İdarəsində bəzi yüksək rütbəli məmurların iştirakı ilə FETÖ üzvləri iş vaxtından artıq işləyir, siyasətçilərə qarşı sui-qəsd hazırlayırlar.

Bundan əvvəl Ərdoğan mümkün çevrilişə cəhd xəbərdarlığından sonra kəşfiyyat və Ədliyyə Nazirliyinin rəhbərləri ilə fövqəladə iclas keçirib. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hakimiyyətə və insanlara qarşı işləyən strukturları müəyyən etmək niyyətində olduğunu açıqlayıb. Ölkə daha əvvəl də cinayət təşkilatı ilə əlaqədə olmaq ittihamı ilə Ankara Təhlükəsizlik İdarəsində polis məmurlarını işdən çıxarıl;b və saxlanılıb.

Əvvəlki məqalə

II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək

Sonrakı məqalə

Fitso sui-qəsd cəhdindən əvvəl Slovakiyada siyasətçilərin mümkün qətlindən danışıb