Türkiyədə oteldə rus mahnısına görə münaqişə yaranıb –VİDEO

Türkiyənin məşhur turizm bölgələrindən olan Kəmərdə beşulduzlu “NG Phaselis Bay” otelində rus mahnısına görə gürcülərlə ruslar arasında münaqişə yaşanıb.

Azpost.info xəbər verir ki, qonaqlardan birinin sözlərinə görə, diskotekada rusiyalı ifaçı Sultan Laquçevin ötən il hit olan “Qorkiy vkus” mahnısını səsləndirilib.

Bunu eşidən bir qrup gürcü turist səhnəyə yaxınlaşaraq mahnını bəyənmədiklərini göstərən jestlər ediblər və şahidlərin sözlərinə görə, Rusiyanın əleyhinə sərt ifadələr işlədiblər.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.