2020-ci ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana zinət əşyalarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 87,08 faiz azalaraq 288 min dollar təşkil edib.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
May ayında Türkiyədən Azərbaycana zinət əşyalarının ixracı 2019-cu ilin mayı ilə müqayisədə 99,89 faiz azalıb və 130 dollara bərabər olub.
Yanvar-may aylarında Türkiyənin dünya bazarlarına zinət əşyalarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,8 faiz azalaraq 1,265 milyard dollar təşkil edib.
Bu müddət ərzində Türkiyənin ümumi ixracında kimyəvi məhsulların ixracının payı 2,1 faizə bərabər olub.
Son 12 ay ərzində (may 2019 – may 2020) Türkiyə 3,934 milyard dollar məbləğində kimyəvi məhsul ixrac edib.