Türkiyənin ən böyük kredit təşkilatlarından biri olan Türkiyənin “DenizBank”ı Rusiya vətəndaşları üçün hesabların açılmasını dayandırıb.
Azpost.info xəbər verir ki, bu barədə RBC ruslara türk banklarından kart almağa kömək edən iki vasitəçiyə istinadən yazır.
“Hesab açmaq üçün on müraciətdən yalnız biri təsdiq alır. Türkiyədə yaşamaq icazəsi və qeydiyyatı olsa belə, hesab açmaq mümkün deyil”, – vasitəçilərdən Sergey Ovsyannikov deyib.
O, əlavə edib ki, “DənizBank” hazırda yalnız 100 min ABŞ dolları və yuxarı məbləğdə əmanəti olan müştərilər üçün istisnalar edir.
Azpost.info