Türkiyənin Sərvət Fondu (TSF), İsveçin “Telia” telekommunikasiya şirkəti və “Alfa Group”un sahibləri tərəfindən yaradılan “LetterOne” investisiya şirkəti Türkiyənin ən böyük mobil rabitə operatoru olan “Türkcell”in səhmləri ilə bağlı 2005-ci ildən bəri davam edən qarşıdurmanın bitdiyini açıqlayıb.
“APA-Economics”in “Cnews”a istinadən veriyi məlumata görə, hazırda “Türkcell”in səhmlərinin 51%-i “Türkcell Holding”ə məxsusdur. “Telia” holdinqdə 47% paya sahibdir, səhmlərin 53%-i isə “Çukurova Türkcell Holding”ə (CTH) aiddir.
CTH-in səhmlərinin 51%-i Türkiyənin “Çukurova”, 49%-i isə “LetterOne” qruplarına məxsusdur. “LetterOne” həmçinin, “Veon” qrupunun əsas sahibidir, hansının ki, törəmə şirkəti “VimpelCom”dur. Şirkət “Beeline” ticarət nişanı altında fəaliyyət göstərir.
Sövdələşmənin nəticəsinə uyğun olaraq, “Türkcell Holding” fəaliyyətini dayandıracaq. “Telia” şirkəti “Türkcell Holding”dəki “Türkcell”in 24% səhmlərini TSF-yə 530 mln. ABŞ dollara satacaq. “Türkcell”də payı 13,7%-ə bərabər olan “Çukurova”da “Türkcell”dən ayrılacaq. “LetterOne” isə əksinə, “Türkcell”dəki payını 13,3%-dən 24,8%-dək artıracaq.