Türkiyənin Qars şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin saytında məlumat verilib.
Bildirilib ki, “Qış təlimi – 2023” beynəlxalq təlimi çərçivəsində Qarsa gələn Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Gürcüstanın müdafiə naziri Juanşer Burşuladze ilə görüşüb.