“Türkiyə Azərbaycanla infrastruktur layihələrini inkişaf etdirəcək”-Ərdoğan

Türkiyə Azərbaycanla infrastruktur layihələrini inkişaf etdirəcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sivasda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bütün bunları Qarabağı, Zəngəzur dəhlizini heçə sayan CHP sədri Kamal Kılıçdaroğluna rəğmən baş tutacq:

“Necə ki, Qarabağı birlikdə azad etdik və iqtisadiyyatdan müdafiə sənayesinə qədər hər sahədə əməkdaşlığımızı gücləndirdik, azərbaycanlı qardaşlarımızla nəqliyyat infrastrukturumuzu da təkmilləşdirəcəyik”.

Ərdoğan əlavə edib ki, türk dünyası ilə münasibətlərin dərinləşməsini müdafiə edən Sinan Oğanın onu Prezident seçkilərinin ikinci turunda dəstəkləyəcəyinə dair açıqlaması bunun bariz nümunəsidir.

Əvvəlki məqalə

Prezident seçkilərinin II turunda xaricdə yaşayan 1 647 987 Türkiyə vətəndaşı səs verib

Sonrakı məqalə

İzmirdə Türkiyə Cümhuriyyətinin 100-cü ili, Azərbaycanın müstəqilliyinin 105-ci ili münasibəti ilə tədbir keçirilib