Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiq edəcək

Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiq edəcək.

“Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentə daxil olub.

Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisinin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, Milli Məclis “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Deputat din xadimlərinin təyinatı ilə bağlı dəyişikliyə etiraz etdi:

Sonrakı məqalə

“Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması üçün islahatlar aparırıq”