Türkiyə ötən il pomidordan 377 milyon dollar qazanıb –Ən çox məhsul hansı dövlətə satılır?

Türkiyədə 2023-cü ilin birinci rübündə 203 milyon dollarlıq pomidor ixrac edilib.

 Azpost.info TRT-yə istinadən bildirir ki, Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin (GAİB) məlumatlarına görə, 2022-ci ildə Türkiyədən 54 ölkəyə pomidor ixracından 377 milyon 418 min dollar gəlir qazanıb.

2022-ci ilin yanvar-fevral-mart dövründə 145 milyon 887 min dollarlıq pomidor ixrac edən Türkiyə 2023-cü ilin eyni dövründə 45 ölkəyə pomidor göndərərək ixracatını 40 artırıb və 203 milyon 834 min dollar gəlir əldə edib.

Polşa Türkiyədən ən çox pomidor alan ölkələrdən biridir. Türkiyə bu ilin ilk üç ayında Polşaya 33 milyon 361 min dollarlıq pomidor ixracı həyata keçirib. Ondan sonra Rumıniya (33 milyon 85 min dollar) və Almaniya (28 milyon 285 min dollar) gəlir.

Əvvəlki məqalə

“Neftçi” avrokuboklara vəsiqə qazandı

Sonrakı məqalə

“Səddam Hüseynin dövründə daha yaxşı yaşayırdıq” –