Türkiyə XİN YAP-ı seçkidə qələbə münasibəti ilə təbrik etdi

“Fevralın 9-da qardaş Azərbaycanda keçirilən parlament seçkilərinin uğurlu olmasını arzu edirik”.

Türkiyə Xarici İşlər Nazirliyinin bu gün Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə bağlı yaydığı açıqlamada belə bildirilib.

Açıqlamada seçkilərin bütün ölkə boyu sabit və demokratik şəraitdə keçirilməsi təqdirəlayiq hesab edilib: “Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib olması ilə əlaqədar partiyanın lideri, Przident İlham Əliyev təbrik edirik”.

Türkiyə XİN Azərbaycanda aidiyyəti dairələrin seçkilərin demokratik və şəffaflıq şəraitində keçiriıməsi üçün əvvəlcədən göstərdikləri cəhdləri və xalqın seçki prosesində nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirdiyini də qeyd edib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

19 saylı dairədə “qiyam” –

Sonrakı məqalə

Ərdoğan Prezident İlham Əliyevi seçkidə qələbə münasibəti ilə təbrik etdi