Türkiyədə Kibertəhlükəsizlik İdarəsi qurulub

Türkiyədə Kibertəhlükəsizlik İdarəsi qurulub. AzPost xəbər verir ki, bu barədə məlumat “Resmi Gazete”də yayılıb.

Məlumata əsasən, kibertəhlükəsizlik İdarəsi kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə siyasətləri, strategiyaları və hədəfləri müəyyən edəcək, fəaliyyət planları hazırlayacaq, qanunvericilik araşdırmaları aparacaq, müvafiq fəaliyyətlərin əlaqələndirilməsini təmin edəcək, kibertəhlükəsizliklə bağlı maarifləndirmə, təlim tədbirlərini həyata keçirəcək, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyini dəstəkləyən layihələri həyata keçirəcək və bu sahədə dövlət, özəl sektor və universitetlər arasında əməkdaşlığın artırılması istiqamətində fəaliyyət göstərəcək.

İdarənin baş ofisi Ankarada yerləşəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.