Türkiyədə tələbələri daşıyan avtobus qəzaya düşüb

Türkiyədə universitet tələbələrini daşıyan avtobus Niğdə vilayətində, Adana-Niğdə şosesinin Güney kəndi ərazisində aşıb. Mayın 22-də Türkiyə vaxtı ilə saat 4 radələrində qəza törədən avtobus Adana-Konya marşrutu üzrə hərəkət edirmiş.

“TRT Haber” telekanalı xəbər verir ki, nəticədə iki nəfər dünyasını dəyişib, beşi ağır olmaqla 42 nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedici və tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Niğdə, Bor, Ərəğli və Uluqışla xəstəxanalarına çatdırılıblar.

Əvvəlki məqalə

Litva Rusiyadan elektrik enerjisi idxalından imtina edib

Sonrakı məqalə

İmtahan verən abituriyentlərdən 87-si xarici ölkələrin vətəndaşıdır