Türkiyədən ölkəyə PUA-ya qarşı yeni antidron sistemləri gətirilib –FOTO

Azərbaycana Türkiyə müdafiə sənayesinin istehsal etdiyi İLTER PUA Aşkarlama və Əngəlləmə Sistemi gətirilib. 
Azpost.info bildirir ki, bu barədə ordu.az hərbi saytı məlumat yayıb.

“Boğaziçi Savunma” şirkəti Azərbaycana yeni antidron sistemləri ixrac edib.

Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri ilə Türkiyədə həyata keçirilən sınaqlardan sonra İLTER J250 PUA Aşkarlama və Əngəlləmə Sistemi ilə İLTER HP Mobil Yüksək Güclü GNSS Aldatma və İSM Əngəlləmə Sistemi modellərinin çatdırılması həyata keçirilib.

Azərbaycandan alınan müxtəlif sistem tələbləri də yaxın günlərdə rəsmi qurumlara təqdim olunacaq.

Türkiyədə istehsal olunan  İLTER-i 10-dan çox ölkəyə ixrac olunur.

“Boğaziçi Savunma” tərəfindən 90 faizdən çox yerli istehsal nisbəti ilə inkişaf etdirilən İLTER PUA Aşkarlama və Əngəlləmə Sisteminə həm ölkə daxilində, həm də xaricdə tələbat artır.
Azpost.info

Əvvəlki məqalə

Rusiyadan ölkəmizə gələn turistlərın sayı 62 faiz artıb

Sonrakı məqalə

“Xankəndinə hucum etməyimiz barədə xəbər yalandır” –