Türkiyəli astronavt Alper Gezeravcı sabah Yerə qayıdacaq

Türkiyəli astronavt Alper Gezeravcı fevralın 3-də Türkiyə vaxtı ilə 14:00-da Yer planetinə doğru yola çıxacaq.

Bu gün Türkiyə vaxtı ilə saat 17:50-də Alper Gezeravcının da daxil olduğu Ax-3 komandası ilə vidalaşma mərasimi keçiriləcək. Mərasim “Axiom Space”nin sosial media hesablarında canlı yayımlanacaq.

Alper Gezeravcı və komandasının sabah Türkiyə vaxtı ilə saat 14:00-da Beynəlxalq Kosmik Stansiyadan ayrılacağı gözlənilir. Yerə qayıdış 12 saat çəkəcək. Planlaşdırılan eniş ABŞ-ın Florida ştatının şərqində Atlantik okeanında və qərbdə Meksika körfəzində yerləşən yeddi potensial eniş nöqtəsindən birində həyata keçiriləcək.

Qeyd edək ki, 2023-cü il sentyabrın 12-də NASA və “Axiom Space” Alper Gezeravcı da daxil olmaqla, “SpaceX AX-3” kommersiya missiyasının ekipajının formalaşdırıldığını elan edib. 2024-cü il yanvarın 18-də türkiyəli astronavt missiyanın mütəxəssisi qismində “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya uçub(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.