Türkiyəni şoka salan qatil ilk ifadəsini verib –FOTO

Türkiyədə baş verən və dünyada rezonans verən cinayətin təfərrüatı məlum olub.

Azpost.info haberler saytına istinadla bildirir ki, soyuqda üşüməsin deyə taksisinə mindirdiyi şəxsi öldürən D.A. ifadə verib.

O ifadəsində hadisəni soyğunçuluq məqsədi ilə törətmədiyini, olayın spontan olaraq baş verdiyini söyləyib.

Xatırladaq ki, 44 yaşlı taksi sürücüsü Oğuz Erge İzmirdə iş vaxtı yolda görüb üşüməsin deyə avtomobilinə mindirdiyi şəxs tərəfindən amansızlıqla qətlə yetirilib. Qatil Oğuzu öldürdükdən sonra onun pullarını götürərək qaçıb. Hadisə anı taksiyə quraşdırılan videoqeydiyyatçıya düşüb. O, kişini güllələdiksən sonra qulağına “bəzi insanlara güvənmirik”, – deməsi bütün Türkiyəni yasa boğub. Cinayət Azərbaycan da daxil olmaqla bütün dünyada əks-səda doğurub, hər kəs bu məlumatı “insanlıq öldü” kimi təqdim edib.

Qeyd edək ki, Oğuz Erge evli idi və iki uşağı var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.