Türkiyənin Vitse-prezidenti Azərbaycanın səfirini qəbul edib

Türkiyənin Vitse-prezidenti Fuat Oktay mayın 6-da Ankarada Azərbaycanın qardaş ölkədəki səfiri Rəşad Məmmədovu qəbul edib.

Azərbaycanın Türkiyədəki səfirliyindən  verilən məlumata görə, görüşdə ölkələrimiz arasında ticarət, iqtisadi, texnologiyalar, müdafiə və səhiyyə sahələrində əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qardaşlıq münasibətlərinin inkişaf dinamikasından məmnunluğunu ifadə edən səfir Rəşad Məmmədov Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın və Azərbaycan-Türkiyə Qarışıq Komissiyasının fəaliyyətlərinin daha da genişləndirilməsinin, eləcə də birgə işçi qruplar vasitəsilə qurumlararasi əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

“Bir millət, iki dövlət” ifadəsinin sözdə deyil, həyat gerçəyi olduğunu xatırladan Vitse-prezidenti Fuat Oktay diqqətə çatdırıb ki, Şuşa Bəyannaməsi çərçivəsində başda müdafiə məsələlərin əməkdaşlıq olmaqla iki ölkə arasındakı münasibətlər bütün sahələr üzrə inkişaf dinamikası ilə irəliyə doğru hərəkət edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.