Türkiyənin Bolu vilayətində oteldə baş verən yanğın mətbəxdən başlayıb.
AzPost bildirir ki, bu barədə “Sabah” məlumat yayıb.
İşçilərin yanğını söndürmək üçün manqalını açıq qoyub sonra yanğınsöndürən əvəzinə sudan istifadə etdiyi bildirilir.
Qril üzərinə qaynar yağ töküldüyü qeyd olunur.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mətbuatı Kartalkaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində həbs olunanların sayının 18-ə yüksəldiyini yazıb.
Xatırladaq ki, oteldə baş vermiş yanğınla bağlı cinayət işi açılıb və həbs olunanlar var. Yanğın nəticəsində 79 nəfər həyatını itirirb onlarla insan xəsarət alıb. Bir anda baş verən yanğın zamanı otaqlardakı yanğın siqnalları işə düşməyib. Oteldə yanğın zamanı xilas olmaq istəyənlərin bəziləri pəncərədən tullanaraq həyatını itirib.