Türkiyə Parlamenti Azərbaycana hərbi qüvvələrin göndərilməsi barədə qanun qəbul edib

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

Parlamentin iclasında Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd TBMM-də səslənib.

Sənədin ikinci oxunuşundan sonra, mövzu ilə bağlı 8 millət vəkili çıxış edib.

TBMM-nin Ədalət və İnkişaf Partiyası (AKP), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP) və İyi Partiya nümayəndələri qanun layihəsinin lehinə məruzə ediblər.

Çıxışlarda Azərbaycanın müzəffər ordusunun qələbəsindən, hakimiyyət, xalq və ordu birliyindən qürurla bəhs olunub.

Xalqların Demokrat Partiyasının (HDP) nümayəndəsi isə sənədin əleyhinə çıxış edib.

Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.

Qeyd edək ki, qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə noyabrın 16-da TBMM-ə təqdim edilib. Qanuna görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Moskvada ABŞ və Fransa diplomatlarının Qarabağla bağlı görüşü keçiriləcək

Sonrakı məqalə

“Beynəlxalq hüquqa görə, Qarabağ hər zaman Azərbaycanın ayrılmaz tərkib hissəsi olub” –