“Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş paylaşım təəssüf doğurur” –Bakı Rusiya XİN-ə etiraz etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya XİN-in sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif olunmuş paylaşım ilə bağlı şərh verib.

Şərhdə Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılmasının təəccüb və təəssüf doğurduğu vurğulanıb: Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı bir gündə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəccüb və təəssüf doğurur.

Vurğulamaq istərdik ki, sözügedən müqavilədə, ümumiyyətlə “Şərqi Ermənistan” sözünə istinad edilmir və əlbəttə, bu fakt Rusiya XİN-in Tarixi sənədlər departamentinə yaxşı bəlli olmalıdır.

Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yalnış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Axtarışda olan 61 nəfər ötən gün saxlanılıb –

Sonrakı məqalə

Azərbaycanın Xalq artisti Kamil Cəlilov vəfat edib