Türkiyədən Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən xəbərə görə, vətəndaşlarımızı Azərbaycana gətirəcək növbəti təxliyə avtobusu bu gün saat 17:00-da Adana vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.