Ucar sakini çayxanada güllələnib

Ucar sakini güllələnib.

Hadisə bu gün rayonun Ramal kəndi ərazisində yerləşən çayxanada baş verib.

Rayonun Məlikballı kənd sakini Xəlil Xəlilzadə əlində olan tir tüfəngi ilə ehtiyatsız davranıb.

Nəticədə tüfəngdən açılan atəş nəticəsində çayxanada çay içən, rayonun Alpout kənd sakini, 1990-cı il təvəllüdlü Tural Musa oğlu Tağıyev güllə yarası alıb.

O, Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına göndərilib.

Tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alan şəxs paytaxt aparılıb.

APA xəbər verir ki, həmin şəxs Ağciyər Xəstəlikləri İnstitutuna göndərilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.