Ucarda dünən özünü yandıran veteran ölüb

Ucarda dünən özünü yandıran kişi ölüb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sentyabrın 4-də Ucar rayonu, Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənovun yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində almış olduğu xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakı şəhərində yerləşən 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində ölməsi faktı ilə bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkərlərdə onun 1-ci Qarabağ müharibəsi qazisi oldugu bildirilir.

Əvvəlki məqalə

“Bir çox dövlətlər Rusiyaya qarşı açıq düşmən mövqe tutur”

Sonrakı məqalə

“Əvvələr müəllim işləmişəm…Atalar sözlərini sevirəm… Dili 1 ilə öyrəndim” –