Uçot sistemində nə qədər sığortaedən qeydə alınıb? –

RƏSMİ
16 May 2021 - 10:40

Aprel ayında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 16 994 vahid və ya 1,0 faiz artaraq, 1,66 milyon vahid təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən Azpost.info-ya verilən məlumata görə, sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 1 489, fiziki şəxslər üzrə 13 640, torpaq mülkiyyətçiləri üzrə isə 1 865 vahid artıb.