Üçüncü dəfə prezident vəzifəsinin icrasına başlayır

Venesuelanın hazırkı prezidenti Nikolas Maduro üçüncü dəfə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, inauqurasiya mərasimi bu gün Karakasdakı Federal Qanunvericilik Sarayında baş tutub.

Maduro 2031-ci ilə qədər Venesuela Prezidenti vəzifəsini icra edəcək.

Qeyd edək ki, inauqurasiya mərasimi ötən ilin iyulunda ölkədə keçirilən seçkilərdən 5 ay sonra baş tutub. Rəsmi məlumata görə, Maduro 51,2% səslə qalib gəlib.

Əvvəlki məqalə

36 yaşlı hakimin qəfil ölümünün təfərrüatı

Sonrakı məqalə

Canlı insan kifayət eləmir, mütləq meyitdən “yardım” alınmalıdır…