Üçüncü Dünya müharibəsi olacaqmı?– Zelenski AÇIQLADI

Ukrayna prezidenti Vladimir Zelenski “Qızıl Qlobus” mükafatlandırma mərasiminin iştirakçılarına videomüraciətində Üçüncü Dünya müharibəsinin olmayacağına söz verib.

Azpost.info xəbər verir ki, mərasimdə Ukrayna prezidentini ötən ilin noyabrında Kiyevdə onunla görüşən aktyor və rejissor Şon Pen təqdim edib.

“Mübarizəyə qalxan gənc iranlıların inanılmaz cəsarəti, Əfqanıstandakı davamlı qadın hərəkatı bizə açıq şəkildə xatırladılır ki, xəyal etmək azadlığı sadəcə bir lüks deyil. Əksinə, uğrunda mübarizə aparılmalı və qurban verilməli olan bir insan ehtiyacıdır. Xəyalların azadlığı bir nizədisə, bu gün o nizənin ən təmiz ucunu təmsil edən insanı sizə təqdim etməkdən qürur duyuram”, – Pen Zelenskiyə işarə edərək deyib.

“Ukraynada müharibə hələ bitməyib, amma hadisələrin gedişatı dəyişir və kimin qalib gələcəyi artıq bəllidir. Qarşıda hələ döyüşlər və göz yaşları var. Amma indi əminliklə ən yaxşı olduğunu deyə bilərəm. Bu, sizlər idiniz! Azad dünyanın azad insanları. Bizim azadlıq uğrunda ümumi mübarizəmizdə azad Ukrayna xalqını dəstəkləmək ətrafında birləşənlər…

Birinci Dünya müharibəsi milyonlarla insanın həyatına son qoydu. İkinci Dünya müharibəsi on milyonlarla insanın həyatını aldı. Üçüncü Dünya müharibəsi olmayacaq, bu, trilogiya deyil. Rusiya Ukraynaya təcavüzünü dayandıracaq!”, – Zelenski bildirib.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvanın həbs edilmiş maliyyə naziri vəzifəsindən azad edildi

Sonrakı məqalə

Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri işdən çıxarılıb