UEFA Avropa Liqası:qrup mərhələsində II tura start veriləcək

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tura start veriləcək.

8 qrupda ümumilikdə 15 görüş keçiriləcək.

Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Fransanın “Nant” klubunu qəbul edəcək. Saat 20:45-də start götürəcək matçı albaniyalı hakimlər briqadası idarə edəcək. “Nant” ilk turda Yunanıstanın “Olimpiakos” komandasını məğlub edib – 2:1. “Qarabağ” isə Almaniyada “Frayburq”a eyni hesabla uduzub.

A qrupunun “Arsenal” (İngiltərə) – PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.

Günün oyunları aşağıdakılardır:

Qrup mərhələsi, ikinci tur

A qrupu

23:00 – “Budö Qlimt” (Norveç) – “Sürix” (İsveçrə)

Xal durumu: “Arsenal” – 3, “Budö Qlimt” – 1, PSV – 1, “Sürix” – 0

B qrupu

23:00 – “Dinamo” (Kiyev, Ukrayna) – AEK (Larnaka, Kipr)

23:00 – “Renn” (Fransa) – “Fənərbağça” (Türkiyə)

Xal durumu: “Renn” – 3, “Fənərbağça” – 3, “Dinamo” – 0, AEK – 0

C qrupu

23:00 – “Betis” (İspaniya) – “Lüdoqorets” (Bolqarıstan)

23:00 – “Roma” (İtaliya) – HİK (Finlandiya)

Xal durumu: “Betis” – 3, “Lüdoqorets” – 3, “Roma” – 0, HİK – 0

D qrupu

23:00 – “Braqa” (Portuqaliya) – “Yunion” (Berlin, Almaniya)

23:00 – “Yunion” (Belçika) – “Malmö” (İsveç)

Xal durumu: “Braqa” – 3, “Yunion” – 3, “Yunion” (Berlin) – 0, “Malmö” – 0

E qrupu

20:45 – “Şerif” (Moldova) – “Mançester Yunayted” (İngiltərə)

20:45 – “Real Sosyedad” (İspaniya) – “Omoniya” (Kipr)

Xal durumu: “Şerif” – 3, “Real Sosyedad” – 3, “Mançester Yunayted” – 0, “Omoniya” – 0

F qrupu

20:45 – “Midtüllan” (Danimarka) – “Latsio” (İtaliya)

20:45 – “Feyenoord” (Niderland) – “Şturm” (Avstriya)

Xal durumu: “Latsio” – 3, “Şturm” – 3, “Midtüllan” – 0, “Feyenoord” – 0

G qrupu

20:45 – “Olimpiakos” (Yunanıstan) – “Frayburq” (Almaniya)

20:45 – “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa)

Xal durumu: “Frayburq” – 3, “Nant” – 3, “Qarabağ” – 0, “Olimpiakos” – 0

H qrupu

23:00 – “Trabzonspor” (Türkiyə) – “Srvena Zvezda” (Serbiya)

23:00 – “Monako” (Fransa) – “Ferentsvaroş” (Macarıstan)

Xal durumu: “Ferentsvaroş” – 3, “Monako” – 3, “Srvena Zvezda” – 0, “Trabzonspor” – 0.

Əvvəlki məqalə

Məhkəmə “Tərtər işi” ilə bağlı həbs olunan general barədə qərar verdi

Sonrakı məqalə

“MİDA-nın mənzil satış sisteminə kiber hucum olub” –