Uill Smit ABŞ Kino Akdemiyasından istefa verib –“Bağışlanmaz hərəkət etdim”

 Hollivud ulduğu Uill Smit ABŞ Kino Sənəti və Elmləri Akademiyasının üzvlüyündən istefa verib.

Azpost.info bildirir ki, bu barədə “Deadline” nəşri xəbər yayıb.

Aktyorun Oskar mərasimində aparıcı Kris Roka yumruq vurması ciddi qalmaqal yaratmışdı.

Hadisə aparıcı Kris Rokun Smitin həyat yoldaşı Jada Pinkett-Smitin saç düzümü ilə bağlı zarafat etməsindən sonra baş verib. Bir müddət əvvəl Pinkett-Smit saç tökülməsi problemindən danışıb və mərasimə başını qırxaraq gəlib. Aparacının uğursuz atmacasından sonra Uill Smit səhnəyə çıxaraq həmkarının üzünə zərbə endirib.

“94-cü Oskar mərasimindəki hərəkətlərim sarsıdıcı, ağrılı və bağışlanmaz idi… Kino Sənətləri və Elmləri Akademiyasının üzvlüyündən istefa verirəm”, – Smith açıqlamasında deyib.

Smit Rokun özünü, eləcə də ailəsini, mərasimdə iştirak edən hər kəsi və dünyanın hər yerindən mükafatları izləyən tamaşaçıları incitdiyini bildirib. “Mən Akademiyanın etimadına xəyanət etdim. Digər nominantları və qalibləri əla işlərinə görə bayram etmək və təbrik almaq imkanından məhrum etdim. Ürəyim parçalanır”, – aktyor bildirib.

O, davranışının bütün nəticələrini qəbul etməyə hazır olduğunu bildirib.

Bundan əvvəl Kino Sənəti və Elmləri Akademiyası Smith-ə qarşı intizam məsuliyyəti ilə bağlı araşdırma apardığını bildirmişdi.

Azpost.info

Əvvəlki məqalə

“Çinin Ukraynanın tərəfində olmasını istərdim” –

Sonrakı məqalə

Dünən polis ölkədə axtarışda olan 49 nəfəri saxlayıb