“Ukrayna ABŞ silahları ilə Rusiya aerodromlarına zərbə endirə bilməz”- “The Washington Post”

ABŞ-ın Ukrayna Silahlı Qüvvələrinə Rusiyadakı hərbi obyektlərə zərbələr endirmək icazəsi Rusiyanın əsas aerodromlarına şamil edilmir.

Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” adları açıqlanmayan iki ukraynalı rəsmiyə istinadən yazır.

Moskva bu aerodromlardan Ukrayna ərazisinə atəş açan, o cümlədən hazırda Ukraynaya ən böyük ziyan vuran sürüşən bombalarla döyüş təyyarələrini buraxmaq üçün istifadə edir.

Bildirilir ki, ABŞ sərhəddən 100 kilometr məsafədə silahlarının istifadəsinə məhdudiyyət qoyub və aerodromlar daha uzaq məsafədə yerləşir.

“Birləşmiş Ştatlar Ukraynaya verilən silahlarla Rusiyanı atəşə tutmağa razılıq verib. Söhbət Rusiya qoşunlarının Ukrayna ərazisini ələ keçirmək üçün gəldiyi yerdən gedir. Əgər Rusiya Ukraynaya öz ərazisindən hücum edərsə, Ukraynanın öz ərazisindən cavab vermək hüququ var”, – Pentaqonun sözçüsü Çarli Dits bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.