Ukrayna Ali Baş Komandanının kabinetində “juçok” tapılıb

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının kabinetində dinləmə cihazları tapılıb.

Azpost.info xəbər verir ki, “juçoklardan” biri Baş Komandanın yeni kabinetində olub, Zalujnı ora köçməzdən əvvəl bu kabinet yoxlanılıb.

Ukrayna Təhlükəsizlik Xidməti məlumatı təsdiqləyib və Zalujnının daimi dislokasiya yerlərindən birində texniki qurğunun aşkarlanması ilə bağlı cinayət işinin açıldığını bildirib.

“Bu avadanlıq birbaşa Valeri Zalujninin ofisində deyil, gələcəkdə onun iş üçün istifadə edə biləcəyi binalardan birində tapılıb”, – təhlükəsizlik xidməti qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Qızılca ilə yoluxan xəstə ilə təmasda olan uşaqlara qamma-qlobulin vurulur

Sonrakı məqalə

Sabah hava necə olacaq?