“Ukrayna Belarusla sərhəddə 120 minlik qoşun cəmləşdirib”- Sərhəd Komitəsinin sədri

“Ukrayna Belarusla sərhəddə 120 minlik qoşun cəmləşdirib”.

Azpost.info xəbər verir ki, bunu Belarus Dövlət Sərhəd Komitəsinin sədri Konstantin Molostov bildirib.

Molotsovun sözlərinə görə, onlardan 17 mini dövlət sərhədinin möhkəmləndirilməsinə cəlb olunub.

O qeyd edib ki, Ukrayna qüvvələri hərbi vəziyyətdədir.

“Ukraynanın 120 minə qədər hərbi qulluqçusu olan “Şimal” qrupu Belarus Respublikasına qarşı cəmləşib, onlardan 17 min nəfəri dövlət sərhədinin təhlükəsizliyinin gücləndirilməsi maraqlarına cəlb olunub”, – o bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.