“Ukrayna böhranı enerji təminatını pozsa Azərbaycan Avropaya qaz göndərə bilər”-Azərbaycanın Londonda səfiri

“Əgər Rusiya və Ukrayna arasında gərgin münasibətlər enerji təminatını pozarsa Azərbaycan belə ekstren vəziyyətdə Avropaya qaz göndərməyə hazırdır”.

Azpost.info bildirir ki, bu barədə Azərbaycanın Britaniyada səfiri Elin Süleymanov “Bloomberg”ə müsahibəsində deyib. Səfirin sözlərinə görə, bütün hallarda Rusiya kimi əsas enerji təchizatçısını əvəz etmək üçün əlavə enerji ixracı kifayət etməyəcək.

Agentlik qeyd edir ki, Avropa Rusiyadan təchizat dayandıralacağı və pozulacağı təqdirdə alternativ qaz mənbələrini təmin etməyə can atır. Azərbaycan isə artıq İrandan qaz dayandığı zaman Türkiyəyə əlavə qaz göndərib. “Türkiyədə gördüyümüz kimi əgər kəskin təlabat yaranacağı zaman müəyyən həcmdə qaz göndərilməsi mümkündür. Amma Azərbaycan qazının həcminin rus qazının həcmi ilə bərabər deyil”-deyə səfir vurğulayıb.

E.Süleymanovun sözlərinə görə, Azərbaycan daha çoz qaz istehsal etmək və Cənub Qaz dəhlizini genişləndirə bilər. Bakı həmçinin Türkmənistandan olan qazı buradan ötürə bilər.

“Xəzəryanı dövlətlər Rusiyanı əvəz edə bilməz. Qərb tərəfdaşları Moskva ilə qarşıdurmada bunu gərək nəzərə alsınlar. Real böhran təkcə hərbi qarşıdurma yox, həm də enerji təchizatının çatışmamazlığı deməkdir. Hətta heç bir qarşıdurma olmadan belə biz bu yaxınlarda Avropada yaşanan enerji böhranını yaşamalı olduq”– deyə E.Süleymanov bildirib.

Səfir deyib ki, Azərbaycan Rusiya və Ukrayna arasında gərgin münasibətlərin normallaşdırılmasına öz töhfələrini verə bilər. Onun sözlərinə görə, hazırda Bakı heç bir vasitəçi rolunu oynamır, onun hər iki ölkə ilə yaxşı münasibətləri var. “Prezident İlham Əliyev Ukraynanı ziyarət edən son dövlət başçısı oldu”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının ərazisi minadan tam təmizlənib

Sonrakı məqalə

Kəlbəcərdə çovğunda azan 4 hərbçidən üçü tapılıb –