“Ukrayna bunları etsə, biz dərhal atəşkəs əmri verəcəyik”- PUTİN

Ukrayna qoşunları DXR, LXR, Xerson və Zaporojye vilayətlərindən tamamilə çıxarılmalıdır.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə Ukrayna ilə danışıqların şərtlərindən danışarkən deyib.

Putinin sözlərinə görə, Kiyev NATO-ya daxil olmaq planının olmadığını da bəyan etməlidir.

“Kiyev hazır olduğunu bəyan edən və qoşunların real çıxarılmasına başlayan kimi, həmçinin NATO-ya qoşulmaqdan imtina etdiyini elan edən kimi biz dərhal atəşkəs əmrini verəcəyik və danışıqlara başlayacağıq. Bu halda biz günü sabah danışıqlar masasına oturmağa hazırıq. Ukrayna bölmələrinin və birləşmələrinin təhlükəsiz şəkildə çıxarılmasına da zəmanət veririk”, – Putin qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.